Fransadakı ağır səhiyyə durumu barədə xəbərdarlıq
Avq 13, 2021 11:39 Asia/Baku
Fransa prezidenti bu ölkədəki ağır səhiyyə və sağlamlıq durumu barədə xəbərdarlıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, Fransada koronaya yeni yoluxanların günü-gündən artan sayına əsasən, Emmanuel Makron bir çıxışda hamını oyanışa səsləyib. Bildirib ki, koronanın delta ştammının təsiri altında bu ölkədə səhiyyə və sağlamlıq durumu həddindən artıq ağırdır.
Fransa prezidenti vurğulayıb ki, korona böhranı hələ bitməyibdir.
Bütün Fransada gündəlik yoluxanların göstəricisi hər yüz min nəfərdə 235 nəfərə qalxıbdır.
Makron bildirib ki, hələ aylarla bu virusla yaşamalıyıq. Bizim məqsədimiz, bütün fransalıları vaksinasiya etməkdir.