Avq 21, 2021 16:01 Asia/Baku
  • Rusiyanın Vaşinqtondakı səfiri ABŞ-ın yeni sanksiyalarına reaksiya veriذ

Rusiyanın Vaşinqtondakı səfiri ABŞ-ın yeni sanksiyalarına reaksiya verib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ -ın bu ölkəyə qarşı tətbiq etdiyi yeni sanksiyalara reaksiyada deyib: " Birləşmiş Ştatlar Rusiya Federasiyası ilə münasibətləri daha da "sarsıtmaq" kursunu kor-koranə izləməyə davam edir və bunun nəticələri barədə düşünmür".

ABŞ-ın Maliyyə Nazirliyi cümə günü bir bəyanat yayaraq, Rusiya hökumətini müxalifətçi Aleksey Navalnını zəhərləməyə çalışmaqda ittiham edərək, doqquz şəxs və iki rus şirkətinin adını sanksiyalar siyahısına daxil edib. 

Vaşinqton, sanksiya tətbiq edilən şəxslərin və şirkətlərin Navlanının zəhərlənməsində və ya "Rusiyanın kimyəvi silah proqramı"nda iştirak etdiyini iddia edir.

Aleksey Navalnı yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdarkən həbs edilib.

Navalnının həbs edilməsi Qərbin anti-Rusiya kampaniyasının genişlənməsi üçün yeni bir arenaya çevrilib.

ABŞ və avropalı müttəfiqləri, Moskvanın rusiyalı müxalifət lideri Aleksey Navalnını "Noviçok" qazı ilə zəhərlədiyini iddia edirlər. Hansı ki, Rusiya onu qəti şəkildə rədd edir. 

Bu yaxınlarda Moskva məhkəməsi Navalnının ittihamlarını araşdırdıqdan sonra onu şərti cəza qaydalarını pozduğu üçün  və təhlükəsizlik ittihamları səbəbindən üç il yarım azadlıqdan məhrum edib.

Teqlər