ABŞ Dövlət Departamentinə qarşı kiber hücumu
Amerika Dövlət Departamentinə kiber hücumu edilib.
SəhərAzəri-nin məlumatına əsasən, dünən gecə bu xəbəri yayan Sputnik informasiya agentliyi bildirib ki, ABŞ Dövlət Departamentinin virtual infrastrukturlarına ciddi nüfuzun edilməsi ehtimalı var.
Foks-Nyus telekanalı da bu kiber hücumunu təsdiq edib. Bildirib ki, bu hücumun dairəsi, onun amilləri, Amerikanın infrastrukturları üçün təhlükənin davam etməsi üzrə səylər hələ məlum deyildir.
Amerika Dövlət Departamentinə kiber hücumunun fonunda qeyd edək ki, son aylar Amerikada qırmızı ət üzrə ən mühüm istehsalçı və paylaşdırıcı şirkət olan CBS şirkəti, həmçinin bu ölkədə yanacaq nəqli üzrə ən iri boru kəmərinə malik olan «Colonial Pipeline» şirkəti də daxil olmaqla Birləşmiş Ştatlardakı bir neçə mühüm şirkətə qarşı geniş «qəsbedici proqram» hücumlarından sonra bu ölkədə kiber hücumları məsələsi geniş miqyas alıbdır.
Amerika ədliyyə nazirliyi son zamanlar xəbərdarlıq etmişdi ki, kiber hücumları bu ölkənin şirkətləri və mühüm sektorlarını hədələyir və bu sektorlar öz kiber təhlükəsizliklərini gücləndirməlidirlər.
Analitiklər bu qənaətdədirlər ki, bu hücumlar Amerikanın infrastruktur təsisatlarının kövrək olmasının nişanəsidir.