İran, Rusiya və Çin birgə dəniz təlimləri keçirəcəklər
https://azeri.sahartv.ir/news/dünya-i380384-İran_rusiya_və_Çin_birgə_dəniz_təlimləri_keçirəcəklər
Rusiyanın Tehrandakı səfiri İran, Rusiya və Çinin cari milad ilinin sonları ilə 2022-ci ilin əvvələri arasındakı müddətdə Fars Körfəzində birgə dəniz təlimləri keçirəcəklərini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2021 14:39 Asia/Baku
  • İran, Rusiya və Çin
    İran, Rusiya və Çin

Rusiyanın Tehrandakı səfiri İran, Rusiya və Çinin cari milad ilinin sonları ilə 2022-ci ilin əvvələri arasındakı müddətdə Fars Körfəzində birgə dəniz təlimləri keçirəcəklərini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Levon Caqaryan Sputnik informasiya agentliyi ilə müsahibədə belə söyləyib: Cari milad ilinin sonlarında və ya gələn milad ilinin başlanğıcında Fars Körfəzində bu birgə dəniz təlimləri keçiriləcək.

İran, Rusiya və Çinin hərbi gəmiləri həmin hərbi təlimlərdə iştirak edəcəklər. Bu hərbi təlimlərdə əsas məqsəd, dəniz quldurluqları ilə mübarizə və beynəlxalq dənizçiliyin təhlükəsizliyinə zəmanətin verilməsidir.

O, sonra deyib ki, İran, Rusiya və Çinin kənarında Hindistan, Suriya və Venesuela kimi ölkələr də bu hərbi təlimlərdə iştirak edəcəklər.