Korona dövründə Çin dövlət şirkətləri heyrətləndirici mənfəət ediblər
-
Çin şirkətləri
2021-ci ilin ilk yeddi ayında Çin dövlət şirkətləri ötən il ilə müqayisədə öz ticarət və sənaye mənfəətlərini yüzlərlə milyard dollar artırıblar.
SəhərAzəri-nin verdiyi məlumata görə, Çin milli statistika idarəsinin verdiyi rəqəmlərə əsasən, bu ölkənin dövlət şirkətlərinin ümumi mənfəəti, öncəki ilə nisbətən doxsan iki tam onda bir faiz artıb.
2019-cu ilin ilk yeddi ayı ilə müqayisədə Çinin sənaye inkişafının orta göstəricisinin araşdırılması göstərir ki, Pekin keçən iki ildə orta hesabla iyirmi tam onda iki faizlik inkişafı təcrübə edib.
NBS institutunda statistika üzrə baş ekspert Tsu Hun bildiribdir ki, sənaye sektorunun mənfəətinin artımı COVID-19 pandemiyasından öncə ilə müqayisədə yetmiş faizdən çox olub.
Belə bir halda, əksər ölkələrdə iqtisadiyyat geniş koronavirus pandemiyasının təsiri altında olubdur.