Sen 09, 2021 16:09 Asia/Baku
  • WhatsApp 225 milyon avro cərimələndi

Facebook şirkətinin tərkibinə daxil olan WhatsApp mesajlaşma platforması gizlilik və şəxsi məlumatların qorunmasına dair Avropa Birliyinin qaydalarını pozduğuna görə 225 milyon avro cərimələnib. Avropa Birliyinin üzvü olan İrlandiya Respublikası, qərargahı Dublində olan WhatsApp-ın rəhbərlərinə bu qərarı 49 səhifəlik bir hesabatda bildirib.

SəhərAzəri-nin verdiyi məlumata görə, Avropa İttifaqı WhatsApp-a şəxsi məlumatların qorunması ilə bağlı siyasətini yeniləyi və şəbəkə istifadəçilərinə onların fərdi məlumatlarının Facebook ana şirkətilə paylaşdığını bildirmədiyi göstəriş verib.

Bu mesajlaşma platforması Avropada fəaliyyət göstərmək üçün Avropanın ümumi məlumatların qorunması qaydalarının (GDPR) tələblərinə əməl etməlidir.

Whatsapp-ın nümayəndəsi Avropa İttifaqının qərarına etiraz olaraq bir bəyanat yayıbə

Bəyanatda deyilir: "Biz insanlara təhlükəsiz və gizliliyi saxlamaq şərtilə xidmət göstərmək öhdəliyi götürmüşük. Verdiyimiz məlumatların şəffaf və əhatəli olmasını təmin etməyə çalışırıq. Fəaliyyətimizin qeyri-şəffaf olması barədə iddiaları rədd edirik və cəriməni ədalətsiz hesab edirik”.

WhatsApp, Avropada son illərdə milyonlarla avro cərimələnən ikinci şirkətdir. Bu şirkətdən əvvəl, dünyanın ən böyük elektron ticarət şirkəti olan Amazon rəqabət qaydalarını, həmçinin şəxsi məlumatların qorunmasına dair qaydaları pozduğuna görə, 800 milyon avrodan çox cərimələnib.

Teqlər