“Üç il ərzində ABŞ adlı bir ölkə qalmayacaq”
https://azeri.sahartv.ir/news/dünya-i381160-Üç_il_ərzində_abŞ_adlı_bir_ölkə_qalmayacaq
ABŞ-ın eks-prezidenti Birləşmiş Ştatların üç ilə dağılacağını proqnoz edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 17, 2021 06:37 Asia/Baku
  • “Üç il ərzində ABŞ adlı bir ölkə qalmayacaq”

ABŞ-ın eks-prezidenti Birləşmiş Ştatların üç ilə dağılacağını proqnoz edib.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp “Newsmax” telekanalına müsahibəsində bildirib ki, hazırda ABŞ əvvəllər heç vaxt olmadığı qədər relsdən çıxıb.

2024-cü ildə keçiriləcək seçkilərdə prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı sualı cavablandıran D.Tramp deyib: “2022 və 2024-cü illərdə keçiriləcək seçkilərə gedəndə ölkədən əlimizdə heç nə qalmayacaq”.

Sabiq dövlət başçısı ABŞ indiki Prezidenti Cozef Baydeni tənqid edib. O, Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra baş verənlərə və Meksika sərhədindəki hadisələrə diqqət çəkərək söyləyib: “Bütün dünyada istehza mənbəyinə çevirilmişik”.