Sen 23, 2021 12:00 Asia/Baku
  • Antonio Quterreş
    Antonio Quterreş

ABŞ-ın dövlət katibi, həmçinin Çin, Rusiya, Fransa və İngiltərənin xarici işlər nazirləri BMT-nin baş katibi Antonio Quterreşlə bir saatdan çox sürən bir iclas keçirib və Əfqanıstan kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

SəhərAzəri-nin məlumatına əsasən, BMT-nin baş katibi bildirib ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü səbatlı bir Əfqanıstanın yaradılması vacibliyi barədə fikir birliyinə malikdir.

Veto haqqına malik olan beş ölkə- Amerika, Rusiya, Fransa və İngiltərə xarici siyasət aparatlarının başçıları-Entoni Blinken, Sergey Lavrov, Jan İv Le-Drian və Liz Trass əyani şəkildə, Çinin xarici işlər naziri «Van İ» isə video-konfrans formasında bu iclasda iştirak ediblər.

Antonio Quterreş yuxarıda qeyd olunan beş ölkəyə işarə ilə bildiirb ki, bu güclər sülhə malik olan stabil bir Əfqanıstan istəyirlər. Belə ki, bu ölkə hər hansı problem və ayrı-seçkilik olmadan humanitar yardımların paylanması imkanına malik olmuş olsun.

BMT baş katibinin dediyinə görə, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün istədiyi budur ki, Əfqanıstanda qızlar və qadınların hüquqlarına riayət olunsun, bu ölkə terrorizm sığınacağı olmasın və əhatəli bir hökumətə malik olmaqla xalqın bütün təbəqələrini təmsil etmiş olsun.

BMT-nin baş katibi bu bəyanatda bu təşkilata üzv ölkələrdən istəyibdir ki, Əfqanıstan xalqına yetərli və münasib maliyyə mənbələri ayırmaqla onun həyati ehtiyaclarını aradan qaldırsınlar.

Amerika və müttəfiqlərinin Əfqanıstandan geri çəkilmələrinin fonunda qeyd etmək lazımdır ki, onların bu ölkəyə qoşun yeritmələrinin Əfqanıstan xalqından on minlərlə nəfərin qırğın edilməsi, həmçinin bu ölkədə əmin-amansızlıq, səbatsızlıq, zorakılıq, müharibə və terrorizmin yayılmasından başqa heç bir səmərəsi olmayıbdır.

 

Teqlər