Okt 10, 2021 21:17 Asia/Baku
  • Sebastian Kurts
    Sebastian Kurts

Avstriya kansleri Sebastian Kurts vəzifəsindən istefa verib və bu ölkənin xarici işlər naziri Aleksandr Şallenberqi öz yerinə təqdim edib.

SəhərAzəri-nin məlumatına əsasən, Sebastian Kurts bir çıxışda bu qərarın səbəbini «xalq üçün stabil hökumətin mövcudluğuna əminlik» və «daha çox atmosfer təqdim etmək» adlandırıb.

Ötən həftə Avstriya rəsmiləri bildirdilər ki, bu ölkənin kansleri manipulyasiya edilmiş rəy sorğularını satın almaq və öz partiya maraqları üçün medialardan sui-istifadə ittihamı ilə məsuliyyətə cəlb olunub.

Avstriya prokurorluğu da bir bəyanatda korrupsiya ittihamı ilə bağlı Avstriya kanslerinin ofisinin təftiş edilməsindən xəbər verdi.

Beləliklə, Avstriya kansleri müxtəlif cinayətlər törətmək dəlillərinə görə, doqquz şəxs və üç təşkilatla yanaşı, məsuliyyətə cəlb olunub.

 

Teqlər