Rumıniya parlamenti seçilmiş baş nazirin hökumətini rədd edib
https://azeri.sahartv.ir/news/dünya-i382314-rumıniya_parlamenti_seçilmiş_baş_nazirin_hökumətini_rədd_edib
Rumıniyanın seçilmiş baş naziri Dasian Siulus öz azlıq təşkil edən hökuməti üçün parlamentdən etimad səsi ala bilməyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 20, 2021 15:24 Asia/Baku
  • parlament
    parlament

Rumıniyanın seçilmiş baş naziri Dasian Siulus öz azlıq təşkil edən hökuməti üçün parlamentdən etimad səsi ala bilməyib.

SəhərAzəri-nin məlumatına əsasən, Səsvermənin öncədən gözlənilən nəticələri koronanın yenidən artması ilə üzləşən bu ölkədəki siyasi çıxılmazlığı daha da uzada bilər.

Avropa Birliyinin ən yoxsul ölkələrindən sayılan Rumıniya oktyabrın əvvəlindən və konkret olaraq, liberal Florin Sitonun 9 aylıq hökumətinin devrildiyi zamandan bəri siyasi dalana dirənib.

Bu siyasi böhran ölkənin iqtisadi yaxşılaşma prosesi və rəsmilərin büdcə çatışmazlığını azaltmaq üzrə səylərini pozacaq.