Taliban üzvlərindən 200 nəfər kənarlaşdırılıb
Noy 07, 2021 18:45 Asia/Baku
-
Taliban
Taliban qrupunun üzvlərindən təqribən iki yüz nəfər qüdrətdən sui-istifadə səbəbindən vəzifəsindən uzaqlaşdırılıb.
SəhərAzəri-nin məlumatına əsasən, Əfqanıstanda Talibanın müvəqqəti hökumətinin təmizləmə komissiyası bildirib ki, bu iki yüz nəfər Talibanın adından öz şəxsi mənafeyi üçün istifadə edibdir.
Bu sahədə Talibanın sıralarında təmizləmə komissiyasının sədri Lətifullah Həkimi bildirmişdi ki, komissiyanın yaradılmasından bu günədək Talibanın adından sui-isfitadə səbəbindən onlarla nəfər həbs olunub.
Taliban hökumətinin nazirlər şurası da bir bəyanatda arzuolunmaz şəxslərin Talibanın sıralarından çıxarılmaları üzrə qərardan xəbər vermiş və təkid etmişdi ki, bu şəxslərə fəaliyyət icazəsi verilməməlidir.