Yan 24, 2022 13:00 Asia/Baku
  • Robert Malley
    Robert Malley

ABŞ-ın Vyana danışıqlarındakı nümayəndəsi ölkəsinin 2018-ci ildə nüvə sazişindən çıxmaqla onu pozmasına baxmayaraq, Vaşinqtonun Əhatəli Müştərək Təşəbbüs Proqramına qayıtması üçün İrana ilkin şərt irəli sürüb.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın Əhatəli Müştərək Təşəbbüs Proqramından birtərəfli qaydada çıxması səbəbindən İran ilə 5+1 qrupu arasında əldə edilən nüvə sazişini pozan tərəf kimi tanınmasına baxmayaraq, Vyana danışıqlarında ABŞ-ın yüksək səviyyəli müzakirəçisi Robert Malley Reuters-ə verdiyi müsahibəsində İran üçün ilkin şərt qoyub.

İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, Birləşmiş Ştatlar Tehranın Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qalmasına baxmayaraq, onu tərk edən tərəf olub və buna görə də Əhatəli Müştərək Təşəbbüs Proqramına qayıtmaq məqsədilə sazişdən irəli gələn öhdəliklərə əməl etmək üçün addımlar atmalı olan ilk tərəf olmalıdır.

Malley "Reuters" agentliyinə müsahibəsində deyib ki, Tehran İranda məhbus olan 4 ABŞ vətəndaşını azad etməsə, Birləşmiş Ştatlar nüvə sazişini canlandırmaq üçün İranla razılaşma əldə edə bilməyəcək.

ABŞ-ın yüksək səviyyəli müzakirəçisi bu sözləri elə bir halda irili sürüb ki, bundan əvvəllər İranda saxlanılan ikili vətəndaşlığı olan məhbusların azad edilməsi məsələsinin nüvə danışıqlarından ayrı olduğunu bəyan etmişdi. Lakin bu yeni müsahibəsində o, bu iranlı amerikalıların azad edilməsinin nüvə razılaşması üçün ilkin şərt olduğunu söyləyib.

Malley belə deyib: "Onlar ayrıdırlar və biz hər ikisini təqib edirik. Amma deyim ki, dörd günahsız amerikalı İran tərəfindən girov saxlanılarkən nüvə sazişinə qayıtmağı təsəvvür etmək bizim üçün çox çətindir". 

O, əlavə edib: "Beləliklə, biz İranla dolayı yolla nüvə anlaşması ilə bağlı danışıqlar aparsaq da, girovlarımızın azad edilməsini təmin etmək üçün yenə də dolayı yolla onlarla müzakirələr aparırıq".

Teqlər