Fev 17, 2022 12:02 Asia/Baku
  • Rusiya
    Rusiya

Bir Ağ Ev rəsmisi iddia edib ki, Rusiya ordusu nəinki Ukrayna sərhədindən geri çəkilməyib, əksinə son günlər ərzində bölgəyə yeddi min yeni qüvvə də əlavə edibdir.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya hərbi qüvvələrinin Ukrayna sərhədindən geri çəkilmələrini isbat edən video və təsvirlərin yayılmasına, həmçinin Moskvanın Kiyevlə gərginliyi azaltmaq üzrə səylərinə rəğmən, qərbli rəsmilər bu məsələdə saxta böhran və gərginlik yaratmağa davam edirlər.

NATO-nun baş katibi Yens Stoltenberq də Rusiyanın öz hərbçilərini Ukraynadan geri çəkmədiyi, əksinə bölgəyə daha çox hərbi qüvvə göndərməkdə olduğunu iddia edib.

Belə bir halda, ötən gün Moskvanın, hərbi təlimlərin bitməsindən sonra Rusiya hərbçilərinin Ukrayna ilə sərhəddən geri döndüklərini elan etməsilə bir zamanda Rusiya xarici işlər nazirliyinin sözçüsü bildirdi ki, Qərb ölkələrinin müharibə barədəki təbliğatları uğursuz qalıb.

Rusiyanın müdafiə nazirliyi fevralın on beşində bildirdi ki, bu ölkə qüvvələrindən bir qrupunun Belarusda keçirdiyi hərbi təlimlər başa çatıb və onların geriyə dönüş prosesi başlanıbdır.

 

Teqlər