Fev 20, 2022 10:12 Asia/Baku
  • Zasdan ilginc açıqlama

KTMT rəhbəri bildirib ki, təşkilat sülhməramlıları tez bir zamanda göndərə bilər.

 SəhərAzəri-nin məlumatına əsasən, Kiyevin razılığı, eləcə də BMT Təhlükəsizlik Şurasının sanksiyası olduğu təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Donbassa sülhməramlı göndərə bilər. Bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.

KTMT baş katibi Reuters agentliyi ilə müsahibədə qeyd edib ki, hipotetik olaraq, bunu Ukraynanın razılığıyla gerçəkləşdirmək olar. Çünki ora onun ərazisidir. Əgər BMT Təhlükəsizlik Şurasının mandatı və ehtiyac yaranarsa, bu qərarı bizim bütün dövlətlərimiz dəstəkləyər.

Zas əlavə edib ki, KTMT və üzvləri güc tətbiq edilməsi ilə bağlı istənilən qərarı həmişə hərtərəfli götür-qoy edirlər, lazım olduqda isə təşkilat sülhməramlıları tez bir zamanda göndərə bilər.

Bundan öncə Rusiya XİN beynəlxalq təşkilatlar departamentinin direktoru Pyotr İlyiçov bildirib ki, BMT sülhməramlılarının Donbassda yerləşdirilməsi məsələsi bağlanıb və müzakirə olunmur. Hazırda Rusiya ilə Ukrayna sərhədində BMT sülhməramlı missiyasının yerləşdirilməsi gərək deyil, onlar Ukraynadaxili problemi həll edə bilməyəcəklər.

Zasın belə bir bəyanatla çıxış etməsi elə bir haldadır ki, Ukrayna KTMT-nin üzvü olan Qazaxıstandan fərqli olaraq Rus NATO-sunu müdaxiləyə çağıra bilməz, Rusiya isə dövlət sərhədinin Ukrayna ordusu tərəfindən pozulduğu halda KTMT-nin müdaxiləsini təmin edə və qonşu ölkəyə qarşı hərbi əməliyyatlarını əsaslandıra bilər. Lakin Kiyevin belə bir addım atması inandırıcı deyildir.

Teqlər