Fev 27, 2022 19:03 Asia/Baku
  • Ukrayna Rusiyanı Haaqa məhkəməsinə verdi

Ukrayna Haaqa Beynəlxalq Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Ukrayna lideri Vladimir Zelenski Tvitterdə məlumat yayıb.

Ukrayna lideri bildirib: “Ukrayna rəsmi olaraq Haaqa Beynəlxalq Məhkəməsinə Rusiyaya qarşı iddia ilə müraciət göndərib. Rusiyanın təcavüzə haqq qazandırmaq üçün soyqırım anlayışını təhrif etdiyinə görə məsuliyyətə cəlb edilməsini tələb edirik. Xahiş etmişik ki, məhkəmə Rusiyanın hərbi əməliyyatları dayandırması üçün dərhal qərar versin və gələn həftə dinləmələr başlasın”.

Teqlər