Mart 01, 2022 13:21 Asia/Baku
  • “Qərb Ukraynanı platsdarm edə bildi”

“Rossiya 1” telekanalında yayımlanan “60 minut” verlişinin efirində rusiyalı hərbi ekspert, ehtiyatda olan general-leytinant Yevgeni Bujinski qərbin plan quraraq nəhayət Ukraynanı plasdarma çevirməyə nail olduğunu deyib.

SəhərAzəri-nin məlumatına əsasən, “Artıq Ukraynadakı gərgin vəziyyətin yaxın vaxtlarda düzələcəyinə ümüd qalmır. Qərb istədiyinə çatdı – Ukrayna 6 aya Suriyaya çevrıləcək. Bir tərəfdən rusları, digər tərəfdən ukraynalıları qızışdırıb ən güclü silah sayılan informasiya müharibəsinin gücü ilə Ukraynanı platsdarm edə bildilər”, - deyə Rusiyalı ekspert bildirib.

Onun sözlərinə əsasən, Kiyev artıq anlamağa başlayır ki, bu bir oyun idi, qurban da elə Ukraynanın özü oldu:

“Bəzi ölkələrin Ukaynanı ən qabaqcıl silah-sursatla, hətta hərbi aviasiya - qırıcılar ilə təmin etmək niyyətində olduqları barədə məlumatlar ondan xəbər verir ki, prosses uzanacaq. Bu qırıcılar Ukraynaya gəlməsi, onları idarə edəcək pilotların təlimləri, maddi-texniki bazasının yaradılması vaxt aparan bir prossesdir. Bu o deməkdir ki, Qərbin planı bu münaqişəni daha da dərinləşdirməkdir - Suriyada, İraqda olduğu kimi”, - deyə o qeyd edib.

Teqlər