ÜGB Rusiya və Belarus güləşini məhrum edib
Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının ardınca Ümumdünya Güləş Birliyi Rusiya və Belarusu bütün yarışlarda iştirak etmək və ya beynəlxalq yarışlar keçirməkdən məhrum edib.
SəhərAzəri-nin məlumatına əsasən, Ümumdünya Güləş Birliyi həmçinin Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsinə uyğun olaraq, cari ildə Rusiya və Belarusda planlaşdırılmış beynəlxalq yarışların ləğvi barədəki qərarı qəbul edib.
Ümumdünya Güləş Birliyinin təqviminə əsasən, Rusiya cari milad ilinin sonunadək doqquz beynəlxalq yarış keçirməli idi.
Beynəlxalq Tennis Federasiyası da çərşənbə axşamı günü Rusiya milli komandalarının öz çətiri altında keçirilən yarışlardakı iştirakını naməlum müddətədək dayandırdı.
Son günlər ərzində Beynəlxalq Futbol Federasiyası- FİFA, Avropa Klublar Assosiasiyası- UEFA və Beynəlxalq Voleybol Federasiyası oxşar qərarlar qəbul ediblər.