Mart 05, 2022 11:56 Asia/Baku
  • Rusiyada Facebook və Twitter-ə giriş bloklandı

Rusiyanın mediaya nəzarət orqanı bu ölkə medialarının hüquqlarını pozduğu üçün Facebook və Twitter-ə girişi bloklayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın Rabitə və Kütləvi İnformasiya Vasitələrinə nəzarət orqanı "Roskomnadzor" cümə günü verdiyi bəyanatda Twitter və Facebook-a girişi, bu şəbəkələrin Rusiya mediasına qarşı tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq, kəsdiyini bildirib.

Bəyanata görə, 2020-ci ilin oktyabr ayından etibarən Facebook tərəfindən Rusiya mediasına qarşı 26 ayrı-seçkilik halı qeydə alınıb.

Son günlər Facebook, "Zvezda" telekanalı, "RİA Novosti" , "Sputnik" və "Russia Today" xəbər agentlikləri, həmçinin "Lenta.ru" və "Gazeta.ru" informasiya resurslarının hesablarına girişi məhdudlaşdırıb.

Facebook sosial şəbəkəsi şənbə günü bildirib ki, Rusiya dövlət mediasının bu platformadan pul qazanması yollarını bağlayıb.

Moskva ABŞ sosial şəbəkələrini Rusiya mediasına senzura tətbiq etməkdə və Rusiya vətəndaşlarının insan hüquqlarını pozmaqda ittiham edir.

Teqlər