Mart 05, 2022 16:48 Asia/Baku
  •  Zelenski insanların ölümündə NATO-nun da məsuliyyət daşıdığını dedi

Ukrayna prezidenti Vladimir Zelenski martın 4-də Brüsseldə keçirilən NATO üzvü olan ölkələrin Xarici İşlər nazirlikləri rəhbərlərinin ekstren müşavirəsinin nəticələrindən məyus olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, NATO-nun sammitini zəif və çaşqın sammit adlandıran Volodimir Zelenski deyib: Görünən odur ki, heç də hamı Avropa uğrunda azadlıq mübarizəsini bir nömrəli məqsəd hesab etmir.

Yeni zərbələr və qurbanların qaçılmaz olduğunu bilən NATO Ukrayna səmasını bağlamamağa qərar verdi", - Zelenski deyb.

"Bu gündən öləcək bütün adamlar həm də sizin üzünüzdən həlak olacaq. Sizin zəifliyiniz səbəbindən", - Ukrayna prezidenti deyib.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Alyansın bütün üzvləri Ukraynaya qoşun göndərməmək qərarına gəliblər. "Hamı razılaşır ki, orada NATO təyyarələri, NATO quru qüvvələri olmamalıdır", - o, Brüsseldə keçirilən mətbuat konfransında deyib.

Teqlər