Ukrayna Rusiyaynı müzakirəyə çağırıb
“Bloomberg”ə açıqlamasında Ukrayna Prezident administrasiyasının Xarici Siyasət və Avropaya İnteqrasiya Baş idarəsinin direktoru İqor Jovkva Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya prezidenti Vladimir Putin ilə birbaşa danışığa hazır olduğunu deyib.
“Ukrayna, Təhlükəsizlik zəmanəti verildiyi təqdirdə Rusiyanın neytrallıq tələbini müzakirə etməyə açıqdır, lakin bir qarış da olsa ərazi güzəşti etməyəcək”,-deyə İqor Jovkva deyib.
O, Ukraynanın diplomatik həll yoluna hazır olduğunu vurğulayıb və sabah Ukrayna və Rusiya xarici işlər nazirlərinin Türkiyə xarici işlər naziri ilə birlikdə görüşəcəyini xatırladıb: “Daha da vacibi, mənim Prezidentim Prezident Putinlə birbaşa müzakirələrə hazırdır. Biz geniş spektrli müzakirələrə hazırıq”,-deyə Ukraynalı rəsmi vurğulayıb.
O, əlavə edib ki, iki ölkənin Prezidentləri arasında bu cür görüş keçirilməsi üçün Ukraynanın ön şərti dərhal atəşkəs və Rusiya qoşunlarının ölkədən çıxarılmasıdır.