Mart 13, 2022 13:26 Asia/Baku
  •  ABŞ dövlət departamenti
    ABŞ dövlət departamenti

ABŞ dövlət departamentinin bildirdiyinə görə, general Qasim Süleymaniyə qarşı terror amillərindən olan/ Donald Tramp hökumətinin iki respublikaçı ekstremist siyasətçisinin mühafizəsi üçün amerikalı vergi verənlərin ciblərindən müəyyən məbləğ götürülür.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ dövlət departamenti qeyd edib ki, Amerikanın sabiq dövlət katibi Mayk Pompeonun və Donald Tramp hökumətində İran üzrə xüsusi nümayəndə Brayan Hukun sutkalıq mühafizəsi üçün ayda iki milyon dollar pul xərcləyir.

Pompeo və Huk, Tramp hökumətinin İrana qarşı maksimum təzyiq kampaniyasına başçılıq edib, istiqamətləndirirdilər.

ABŞ dövlət departamentinin məlumatında deyilir ki, kəşfiyyat dəyərləndirməsinə əsasən, bu iki şəxsə qarşı təhdidlər, onların Tramp hökumətindəki fəaliyyətləri bitdikdən sonra da davam edir.

Bundan öncə Amerikanın «CBS Nyus» informasiya kanalı xəbər vermişdi ki, Co Bayden hökuməti Donald Tramp hökumətinin sabiq rəsmiləri və general Süleymaniyə qarşı terror amillərindən olan Mayk Pompeo və Brayan Huk üçün sutkalıq təhlükəsizlik tədbirləri düşünübdür.

Londonda çıxan «Qardian» qəzeti bundan öncə yazmışdı ki, Amerikanın ozamankı dövlət katibi Mayk Pompeo general Qasim Süleymaninin terrorundan aylar öncə bu ölkənin ozamankı prezidenti Donald Trampı həmin hərəkətə təşviq və təhrik edirdi.

Pompeo general Qasim Süleymaninin terror edilməsini onun Birləşmiş Ştatların mənafeyi üçün təcili təhdid olması bəhanəsilə əsaslandırdı.

Belə bir halda, iyul ayında bu addımı qanunsuz adlandıran BMT müfəttişi Agnes Kallamard bildirdi ki, Pompeonun bu iddiasının isbatı üçün heç bir fakt və sənəd mövcud deyildir.

 

Teqlər