Mart 15, 2022 16:13 Asia/Baku
  • Ukrayna-Rusiya danışıqları başlayıb

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar davam edir. Bu barədə Ukrayna nümayəndə heyətinin üzvü, David Araxamiya deyib.

SəhərAzəri-nin məlumatına əsasən,Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki,Rusiya və Ukraynanın nümayəndə heyətləri işləyir. O işin çətin getdiyini ancaq danışıqların davam etdirilməsi faktının öz-özlüyündə müsbət olduğunu deyib.

Ukrayna Prezident ofisinin rəhbərinin məsləhətçisi Aleksey Arestoviç isə “Feygin Live” YouTube kanalına müsahibəsində deyib ki, Rusiya ilə Ukrayna arasında razılaşma 1-2 həftə ərzində, uzağı maya qədər imzalana bilər.

“Belə deyə bilərəm, mayın əvvəllərindən gec olmayaraq, bəlkə də daha tez tarixdə biz sülh razılaşmasına gələ bilməliyik. Baxaq, mən ən uzaq tarixi götürürəm. Ya yaxın 1-2 həftə ərzində razılaşırıq, ya da daha bir danışıqlar raundundan sonra mayın sonuna qədər razılaşma əldə edirik”, - o bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bu gün Sergey Lavrovla telefon danışığı apardığını söyləyib: “Sergey Lavrovla da danışığım oldu, tezliklə yaxşı xəbərlər ola bilər”,- deyə Türkiyənin XİN başçısı deyib.

Teqlər