Mart 17, 2022 12:33 Asia/Baku
  • ABŞ Ukraynaya əlavə 800 milyonluq silah ötürür

Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidenti Co baydeni “kəndxuda” yerinə qoyaraq onu dünyanın lideri adlandırmasından sonra Co bayden Ukraynaya növbəti 800 milyon dollarlıq silah göndərilməsinə əmr verib.

SəhərAzəri-nin məlumatına əsasən, dünən Ukrayna prezidenti Volodimir Zelenski ABŞ konqresinin üzvlərinə videomüraciəti zamanı Baydenə müraciət edərək dünyadan kənd və Baydendən kəndxuda təsəvvürü yaradaraq deyib: “Dünya lideri dünyanın lideri olmalıdır”.

Zelenskinin çıxışından bir neçə saat sonra Bayden Ukraynaya 800 milyon dollarlıq silah transferi əmrini imzalayıb və “dünya Ukraynanı dəstəkləməkdə və Putinə ağır bədəl ödəmək əzmimizdə birləşib” deyib.

Baydenin cümə axşamı imzaladığı fərman ABŞ-ın Ukraynaya yeni “təhlükəsizlik” yardımının ümumi məbləğini təkcə bu həftə 1 milyard dollara çatdırır.

Son paket silahların Müdafiə Nazirliyindən Ukrayna hərbçilərinə birbaşa təhvil verilməsindən ibarətdir. Buraya “onu qorumaq üçün Ukraynaya ən qabaqcıl sistemlərimizi göndərmək öhdəliyimizi nümayiş etdirən pilotsuz təyyarələr” daxil olacaq”, Bayden deyib.

Birdə ki, Vaşinqton müttəfiqləri ilə daha uzun mənzilli zenit sistemlərini Ukraynaya ötürmək üçün çalışır.

Pentaqon cümə axşamı bildirib ki, bu silahları ötürmək üçün tez hərəkət edəcək. Yerli mediaya görə, ABŞ Bayden administrasiyasının yeni silah paketi çərçivəsində Ukraynaya 100 Switchblade dron göndərməyi də planlaşdırır.

Teqlər