Mart 19, 2022 12:00 Asia/Baku
  • Ukrayna Azov dənizinə çıxışını itirib

Rusiyanın Müdafiə Nazirliyi Ukraynadakı son durumla bağlı açıqlama yayıb.

SəhərAzəri xəbər verir: Nazirliyin məlumatına əsasən, martın 19-u gecə saatlarında Rusiya əməliyyat-taktiki, ordu və pilotsuz aviasiyası Ukraynaya məxsus 69 hərbi obyekti vurub.

Qeyd olunur ki, “Bastion” sahil raket sistemi Odessa vilayətində Ukrayna qoşunlarının radio və elektron kəşfiyyat mərkəzlərini məhv edib."Kinjal" hipersəs raket kompleksi ilə İvano-Frankivsk vilayətində Ukrayna qoşunlarının böyük yeraltı raket anbarını məhv edilib.Martın 19-u gecə saatlarında Rusiya əməliyyat-taktiki, ordu və pilotsuz aviasiyası Ukraynaya məxsus 69 hərbi obyekti vurub.

Rusiya qoşunları həmçinin Ukraynanın Azov dənizinə çıxışını bağladığını iddia edir.

Bu arada Kremlin mətbuat xidmətindən bildiriblər ki, Rusiyanın dövlət başçısı Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon söhbəti zamanı Ukrayna təhlükəsizlik qüvvələrinin və millətçilərin gündəlik törətdiyi çoxsaylı hərbi cinayətlərə, xüsusən də Donbass şəhərlərinin kütləvi raket və artilleriya atəşinə tutulmasına diqqət çəkib.

Putin və Makron Moskva ilə Kiyev arasındakı danışıqları da müzakirə ediblər. Rusiya prezidenti mümkün razılaşmaların inkişafı üçün prinsipial yanaşmaları açıqlayıb.

"Vladimir Putin və Emmanuel Makron Rusiya və Ukrayna nümayəndələri arasında keçirilən danışıqların vəziyyətini də müzakirə ediblər. Bu kontekstdə Rusiya tərəfinin mümkün razılaşmaların inkişafı ilə bağlı prinsipial yanaşmaları açıqlanıb", - Kremlin məlumatında bildirilir.

Bundan əlavə, liderlər əlaqələri davam etdirməyə razılaşıblar.

Teqlər