Mart 22, 2022 13:12 Asia/Baku
  • Rusiyanın Amerikaya kiber hücumu gözlənilir

ABŞ prezidenti iddia edib ki, Rusiya bu ölkəyə qarşı kiber hücumunu araşdırmaqdadır. O, həmçinin iddia edib ki, Ukrayna ordusu Qərb silahlarından istifadə ilə Rusiyaya zərbə endirəcək.

 SəhərAzəri-nin məlumatına əsasən, Co Bayden bu gün səhər saatlarında, qarşıdakı günlərdə Rusiyadan bu ölkəyə qarşı geniş kiber hücumunun həyata keçiriləcəyi ehtimalı barədə xəbərdarlıq edib.

Bayden iqtisadi dəyirmi masadakı çıxışı zamanı deyib ki, Rusiya prezidenti Vladimir Putin heç vaxt NATO-nun qətiyyətli olacağını təsəvvür etməzdi.

O, iddia edib ki, Ukrayna NATO və ABŞ tərəfindən təqdim edilən silahlarla Rusiya ordusunu darmadağın edəcək.

Bayden deyib: Hazırda Putinin/ arxasında getməyə yeri yoxdur və Ukrayna savaşını şiddətləndirmək üçün yeni bəhanələr gətirməkdədir. Bu, zarafat deyil.

Bayden həmçinin iddia edib ki, Putin Ukraynada kimyəvi silahlardan istifadəni, həmçinin kiber hücumlarına söykənməyi araşdırmaqdadır.

Ağ Ev də bazar ertəsi günü xəbərdarlıq etmişdi ki, Rusiya hökumətinin Amerikaya potensial kiber hücumları üzrə seçimləri araşdırmaqda olması haqda informasiyalar mövcuddur.

Bundan qabaq Ukrayna prezidenti Vladimir Zelinski öz rus həmkarı ilə görüşü zəruri adlandırmaqla demişdi ki, Rusiya ilə saziş barədə qərarı Ukraynada keçiriləcək referenduma tapşıracaq.

Teqlər