Apr 13, 2022 19:57 Asia/Baku
  • Kreml Viktor Medvedçukun taleyi ilə maraqlanacaq

Kreml Ukraynanın "Müxalifət platforması – Həyat uğrunda" partiyasının lideri Viktor Medvedçukun taleyi ilə maraqlanacağını bildirib.

SəhərAzəri-nin verdiyi məlumata görə, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Viktor Medvedçukun taleyi ilə maraqlanacaqlar.

“Yeri gəlmişkən, Avropa siyasətçilərini də bunu etməyə, Kiyev rejiminin nümayəndələrinin siyasi baxışlarına görə onu təqib etməsini dayandırmağa çağırırıq”, - Kremlin sözçüsü vurğulayıb.

Peskov Ukrayna Prezidenti Vladimir Zelenskinin partiya liderini ukraynalı əsirlərlə dəyişmək təklifinə də münasibət bildirib.

“Medvedçuk Rusiya vətəndaşı deyil, o, xarici vətəndaşdır”, - Peskov vurğulayıb.

 “Ukraynanın “Müxalifət platforması – Həyat naminə” partiyasının rəhbəri Viktor Medvedçukun Rusiya ilə pərdəarxası münasibətlərə malik olmasına dair iddialara münasibət bildirən Peskov deyib: Əgər bunu fərziyyə olaraq təxmin etsək, o zaman Medvedçuk xüsusi əməliyyata qədər Ukraynadan gedərdi”.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova da bu gün keçirdiyi brifinqdə bildirib ki,Ukrayna Prezidenti Vladimir Zelenskinin Viktor Medvedçukun ukraynalı hərbi əsirlərlə dəyişdirilməsi təklifi son dərəcə təhlükəli tendensiyadır.

Ukrayna Prezidenti Vladimir Zelenski “Müxalifət platforması – Həyat uğrunda” partiyasının Siyasi Şurasının sədri Viktor Medvedçuku Rusiyaya əsir düşmüş ukraynalı hərbçilərə dəyişməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, bu gün Ukrayna prezidenti Volodimir Zelenskinin “Telegram”dakı rəsmi kanalında videomüraciəti yayımlanıb. Zelenski həmin videoda rusyönümlü partiya liderini ukraynalı əsirlərlə dəyişməyi təklif edib: “Rusiya Federasiyasına onların adamını bizim əsirlikdə olan oğlan və qızlarımıza dəyişməyi təklif edirəm”, - Zelenski qeyd edib.

Teqlər