Apr 15, 2022 11:15 Asia/Baku
  • Rusiya MN “Moskva” raket kreyserinin batdığını təsdiqləyib

Rusiyanın Qara dəniz donanmasına məxsus “Moskva” raket kreyseri batıb.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Moskva kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatların partlaması nəticəsində baş verən yanğındam gövdəyə ziyan dəydiyi üçün gəmi dayanıqlığını itirib. Fırtınalı dəniz şəraitində gəmi batıb", - deyə Rusiya MN-nin məlumatında bildirilib.

Aprelin 14-də gecə saatlarında  Əvvəlcə Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının flaqmanının göyərtəsində yanğınla bağlı məlumat daxil oldu, daha sonra döyüş gəmisinin ekipajının təxliyəsi ilə bağlı məlumatlar gəlməyə başlayıb.

Bir müddət sonra Rusiya Müdafiə Nazirliyi kreyserdə sursatların partladığını və nəticədə gəmiyə ciddi ziyan dəydiyini bildirdi.

Xatırladaq ki,  "Moskva" - Qara Dəniz Donanmasının flaqmanı hesab olunur. 

1983-cü ildə “Slava” adı ilə istifadəyə verilən kreyser 1996-cı ildə indiki adını alıb. Moskva kreyseri ciddi hava hücumundan müdafiə sisteminə malik idi.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Moskva kreyserinin missiyası və qabiliyyətləri barədə dünən bildirmişdi ki, Moskva kreyseri Odessa və Xerson vilayətlərinə desant çıxarılmasını təmin etməli idi: “Kreyser desant qoşunları üçün hava hücumundan müdafiəni təmin edirdi. Göyərtəsində çoxlu sayda dəniz əsaslı S-300 sistemi var idi, buna görə də əla "çətir" rolunu oynayırdı”, - deyə Aleksey Arestoviç bildirib.

Teqlər