Apr 18, 2022 13:35 Asia/Baku
  • İsveç
    İsveç

İsveçdə, Stokholmdan yüz mil cənubda yerləşən Norçöpinq şəhərində Qurani-Kərimə hörmətsizliyə qarşı etirazlar davam edir.

SəhərAzəri-nin məlumatına əsasən, Yüzlərlə etirazçı dünən İsveçdə islamofob hərəkətlərə və «sərt xətt» adlı islamofob və sağ təmayüllü hərəkatın sədri Rasmus Paludanın Norçöpinq şəhərində Qurani-Kərimə hörmətsizlik üzrə hərəkətinə qarşı aksiya keçirib. Aksiyaçılar polis zorakılığı ilə qarşılaşıblar.

Məlumatlara görə, polis, hiddətlənmiş etirazçıları dağıtmaq üçün havaya atəş açıb və ondan irəli gələn rəftarlar nəticəsində azı üç nəfər yaralanıb.

Polis iddia edib ki, etirazçılar polis maşınlarını daşa basmaq və avtomobilləri yandırmaqla polisin göstərişləriini yerinə yetirməkdən boyun qaçırıblar.

Linçöpinq və Norçöpinq şəhərlərindən əlavə, ötən üç gün ərzində İsveçin paytaxtı Stokholm, Erebru, Lendskorona və Malmö şəhərlərində də islamofob qüvvələrin bu hərəkətinə qarşı etiraz aksiyaları keçirilib.

Son bir neçə gün ərzində İsveçdə baş verən hadisələrin ardınca İran İslam Respublikasının Xarici İşlər Nazirliyi sağ təmayüllü ifratçı qrupun Qurani-Kərimə qarşı hörmətsiz hərəkətinə görə, İsveçin müvəqqəti işlər vəkilini nazirliyə çağırtdırıb.

 

Teqlər