Lavrov: "Rusiya-Ukrayna danışıqları dalana dirənib"
https://azeri.sahartv.ir/news/dünya-i388321-lavrov_rusiya_ukrayna_danışıqları_dalana_dirənib
Rusiya Xarici işlər naziri Sergey Lavrov Moskva və Kiyev arasında atəşkəslə bağlı danışıqların dalana dirəndiyini söyləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 23, 2022 05:59 Asia/Baku
  • Lavrov:

Rusiya Xarici işlər naziri Sergey Lavrov Moskva və Kiyev arasında atəşkəslə bağlı danışıqların dalana dirəndiyini söyləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü qazaxıstanlı həmkarı ilə danışıqlardan sonra bildirib ki, Rusiya beş gün əvvəl ukraynalı müzakirəçilərə təqdim etdiyi son təklifə həç bir cavab almayıb.

"Hər gün Ukraynanın müxtəlif nümayəndələrinin, o cümlədən prezident və onun müşavirlərinin bu danışıqlara ümumiyyətlə ehtiyac duymadıqlarını bildirən bəyanatlarını eşitmək mənim üçün çox qəribədir", - deyə Lavrov əlavə edib.

Bununla belə, Kremlin köməkçisi, Rusiyanın Kiyev hakimiyyəti ilə baş müzakirəçisi Vladimir Medinski cümə günü ukraynalı həmkarı ilə danışdığını söyləyib.

Döyüşlər başlayandan bəri Rusiya və Ukrayna nümayəndə heyətləri arasında müxtəlif səviyyələrdə bir neçə raund danışıqlar aparılıb, lakin konkret nəticə əldə edilməyib.