May 07, 2022 09:05 Asia/Baku
  • BMT baş katibi Ukrayna bəyanatını alqışlayıb

BMT-nin baş katibi Antoniu Quttereş bildirib ki, o, Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı bəyanatını alqışlayır.

SəhərAzəri-nin məlumatına əsasən, Norveçin BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi bildirib ki, BMT Təhlükəsizlik Şurası sədrinin Ukrayna ilə bağlı bəyanatını qəbul etməsi baş katib Antoniu Quterreşin problemin sülh yolu ilə nizamlanmaya nail olmaq səylərinə bütün şuranın dəstəyinin ifadəsi idi.

Onun sözlərinə görə, BMT baş katibinin Ukraynadakı müharibənin sülh yolu ilə həllinə nail olmaq səylərində Təhlükəsizlik Şurasının tam dəstəyinə malik olması vacibdir.

Quterreş ötən həftə Moskva və Kiyevə səfər edib. Əvvəllər o, münaqişənin həlli üçün vasitəçilik xidmətlərini irəli sürüb. Norveç Meksika ilə birgə bəyanata vasitəçilik edib.

Qeyd olunur ki, Ukraynada sülhün bərqərar olması üçün səylər davam etdiriləcək.

BMT Təhlükəsizlik Şurası müharibə başlayandan ilk dəfə olaraq Ukrayna ilə bağlı bəyanat qəbul edib.

Şura sədrinin bəyanatı ötən axşam keçirilən iclasda təsdiqlənib. Sənəddə deyilir: “Təhlükəsizlik Şurası Ukraynada sülhün və təhlükəsizliyin qorunması ilə bağlı dərin narahatlığını ifadə edir”.

Teqlər