May 21, 2022 10:49 Asia/Baku
  • Putin: Rusiyaya qarşı sanksiya hücumu uğursuzluğa düçar olub

Rusiya prezidenti ölkənin Təhlükəsizlik Şurasının iclasında çıxış edərək sanksiya hücumunun uğursuzluğa düçar olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin bu haqda deyib: "Bu gün artıq demək olar ki, bizə qarşı kiber təcavüz, ümumilikdə Rusiyaya qarşı sanksiya hücumu uğursuzluğa düçar olub. Ümumiyyətlə, biz bu hücuma hazır idik və bu, aparılan sistemli işin nəticəsidir. Bu tədbirlər ötən illər ərzində həyata keçirilib".

Rusiyanın dövlət başçısı qeyd edib ki, Rusiyaya sanksiya təzyiqi alətlərindən biri xarici informasiya texnologiyaları, proqram və məhsullarına qoyulan məhdudiyyətlərdir. Bir sıra Qərb təchizatçıları Rusiyada öz avadanlıqlarına texniki dəstəyi birtərəfli qaydada dayandırıblar, bundan əlavə, proqramların yenilənməsindən sonra işlərin məhdudlaşdırılması və hətta bloklanması halları daha tez-tez baş verib. Bütün bunlar Rusiya şirkətləri, hakimiyyət orqanları və administrasiyaları əvvəllər yaradılmış və yeni xarici informasiya texnologiyaları və məhsullarından istifadə etdikdə nəzərə alınmalıdır.

O sonra deyib: "Özümüzə məxsus unikal texnologiyaların yaradılması da daxil olmaqla, çox işlər görülüb. Bu sahədə görülən işlərin özü zamanın çağırışlarına adekvat olan aydın idarəetmə və tənzimləyici konturlar formalaşıb. Beləliklə, strateji planlaşdırma sənədləri qəbul edilib ki, bu da əsas hədəfləri müəyyən edir. Bu sahədə təhlükə və risklər və onların zərərsizləşdirilməsi üçün konkret addımları müəyyə edir", - Putin əlavə edib.

Prezident Putin həmçinin kiber təhlükəsizliyin Rusiyanın suverenliyi və təhlükəsizliyi, daxili iqtisadiyyat, dövlət idarəçiliyi və sosial sabitlik üçün çox vacib olduğunu bildirib. "Rusiyaya qarşı kiberməkanda genişmiqyaslı müharibə başlayıb, ölkəyə edilən kiberhücumların sayı əhəmiyyətli dərəcədə artıb. Donbassda, Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə bu sahədə problemlər daha da kəskinləşib, daha ciddi, irimiqyaslı xarakter alıb", - deyə Putin bildirib.

Teqlər