Britaniya Rusiyanın əsəbləri ilə oynayır
“Moldova NATO standartlarına uyğun silahlanmalıdır”
Britaniya post-Sovet ölkələri ilə Rusiya arasında münasibətləri sabotaj etmək cəhdlərini davam etdirir.
SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna müharibəsini qızışdırmaqda xüsusi mövqeləri ilə seçilən Britaniyanın xarici işlər naziri Liz Trass bəyan edib ki, Moldovanın Rusiyanın potensial hücumuna davam gətirə bilməsi üçün NATO standartlarına uyğun silahlanması lazımdır.
Onun sözlərinə görə, Britaniya və müttəfiqləri artıq kiçik dövlətlərə, xüsusən də Moldovaya Rusiyadan gələn hərbi təhlükədən qorunmağa necə kömək etməyin yollarını müzakirə edirlər.
Xanım nazir Rusiyanın Moldovanın təhlükəsizliyinə təhdid yaratdığını iddia edib və deyib: “Putin Rusiyanın ərazisini genişləndirmək ambisiyalarını açıq şəkildə bəyan edib. Onun Kiyevi ələ keçirmək cəhdlərinin uğursuz olması onun bu ambisiyalarından əl çəkməsi demək deyil”, deyə XİN rəhbəri əlavə edib.