May 26, 2022 10:49 Asia/Baku
  • Politico: ABŞ-ın Rusiyanı təcrid etmək cəhdləri uğursuzluğa məhkumdur

ABŞ-da çıxan Politico nəşri bildirib ki, Vaşinqtonun Rusiyanı təcrid etmək cəhdləri uğursuzluğa məhkumdur.

SəhərAzəri-nin məlumatına əsasən, qəzetinin dərc etdiyi məqalədə deyilir: "Beynəlxalq ictimaiyyətin çoxu ABŞ və onun müttəfiqlərinin Ukraynadakı hərbi əməliyyatına görə Rusiyanı təcrid etməkdən imtina edir. Braziliya, Hindistan, İndoneziya, Meksika, Türkiyə, Cənubi Afrika kimi ölkələr, öz iqtisadi və strateji maraqlarını qorumaq üçün neytral qalmağa çalışırlar".

Məqalədə qeyd olunur ki, belə ölkələrin Rusiyanın Ukraynaya hücumu ilə bağlı siyasi addımları fərqlidir. 

"Hindistan Rusiyanı cəzalandırmaq məqsədi daşıyan BMT-nin bütün qətnamələrindən imtina edib. Digər ölkələr bu qətnamələrdən bir neçəsinə səs verib. Lakin onların hamısı Rusiyanı açıq şəkildə qınamaqdan imtina ediblər. Hətta uzun müddətdir ABŞ-la sıx hərbi əlaqələr saxlayan Səudiyyə Ərəbistanı belə qiymət artımının qarşısını almaq üçün Vaşinqtonun neft hasilatını çoxaltmaq tələbini rədd edib.", deyə məqalədə bildirilir. 

Teqlər