May 27, 2022 12:34 Asia/Baku
  • Volodimir Zelenski yenə qərbi tənqid etdi

Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib ki, qərb Rusiya ilə oynamağı dayandırmalıdır.

SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna prezidenti qərb dövlətlərinin Ukraynaya dəstək verməkdə səmimi olmadıqlarına eyham vuraraq deyib: “Qərb Ukraynadakı mənasız savaşa son vermək üçün çalışmalıdır. Bundan ötrü Rusiyaya daha sərt sanksiyalar tətbiq edilməlidir. Ukrayna müstəqil olaraq qalacaq. Sadəcə sual bunun nəyi bahasına olmasıdır”.

V.Zelenski, həmçinin Avropa İttifaqını tənqid edib: “Avropa İttifaqı altıncı sanksiyalar paketini tətbiq etmək üçün daha neçə həftə gözləyəcək?! Rusiyaya təzyiq insanların həyatını xilas etmək deməkdir. Rusiyanı “sakitləşdirmək” üçün müxtəlif təkliflər isə sadəcə ukraynalıların öldürülməsinə səbəb olmaqdır".

Zelenskiyə görə qərb dövlətləri Ukrayna-Rusiya müharibəsində daha çox Rusiya ilə oyun oynayırlar.

Ukrayna lideri bundan əvvəl də Qərblə bağlı tənqidi fikirlər səsləndirmişdi.

Teqlər