May 28, 2022 13:20 Asia/Baku
  •  “Ukraynaya kömək edən ABŞ əvvəl öz məktəblərinin təhlükəsizliyini qorumalıdır”

Amerikanın eks-prezidenti Donald Tramp bildirib ki, Ukraynaya kömək edən ABŞ əvvəl öz məktəblərinin təhlükəsizliyini qorumalıdır.

SəhərAzəri-nin məlumatına əsasən, 19 texaslı məktəblinin öldürülməsinə münasibət bildirən eks-prezident qeyd edib ki, ABŞ Ukraynaya yardım etməzdən əvvəl məktəblərin təhlükəsizliyinin maliyyələşdirilməsinə üstünlük verməlidir.

O, silah gəzdirənlərlə bağlı keçirilən konfransda sonra belə deyib.“ABŞ Ukraynaya milyardlarla pul göndərirsə, uşaqlarımızın evdə təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi də edə bilər. Biz İraq və Əfqanıstanda trilyonlarla pul xərclədik və əvəzində heç nə almadıq. Dünyanın digər dövlətlərinə yardım etməzdən öncə öz ölkəmizdə uşaqlarımız üçün təhlükəsiz məktəblər tikməliyik”, – deyə Donald Tramp əlavə edib.

Tramp həmçinin silaha nəzarətin gücləndirilməsi çağırışlarını rədd edərək deyib ki, yaxşı amerikalılar “şərdən qorunmaq üçün” odlu silahlara malik olmalıdırlar.

Teqlər