Rusiya ABŞ-ın gərginliyini körüklədiyini bildirir
Ryabkov: Ukraynada münaqişənin uzanması düşmənlərin istəyidir
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ABŞ-ın açıq qarşıdurmadan, artan gərginlikdən əl çəkməyə hazır olduğuna dair heç bir əlamət yoxdur.
SəhərAzəri-nin məlumatına əsasən, Sergey Ryabkov "RİA Novosti"yə müsahibəsində deyib: "Birləşmiş Ştatlar hansısa həll yolunun tapılması naminə heç bir iş görmür. Bu, xüsusi hərbi əməliyyat başlamazdan əvvəl uzun illər ərzində də məhz belə idi. Biz problem üzərində işləyərkən belə idi".
Onun sözlərinə görə, münaqişənin uzanması Rusiyanın düşmənlərinin istəydir, lakin Ukraynadakı xüsusi əməliyyat məqsədlərinə istənilən halda nail olacaq.
Bundan əvvəl Ağ Ev bildirmişdi ki, ABŞ Ukraynaya yeni hərbi yardım paketini təqdim edəcək, bu paketə "HİMARS" raket sistemləri də daxildir. Eyni zamanda, ABŞ-ın Kiyevə verdiyi raket sistemlərinin Ukrayna ərazisindən kənardakı hədəfləri vura bilməyəcəyi qeyd edilib.
Lakin Rusoyada hesab edirlər ki, ABŞ açıq-aydın son ukraynalıya qədər Rusiyaya qarşı mübarizə xəttini tutub.
Bir gün əvvəl Ağ Evin sözçüsü bildirmişdi ki, ABŞ Ukraynanı Rusiyadakı hədəflərə zərbə endirməyə təşviq etmir və bunun üçün ona verilən silahlardan, o cümlədən HIMARS-dan istifadə etməyəcəyinə söz verib. Birləşmiş Ştatlar yeni hərbi yardım paketinin bir hissəsi kimi Kiyevə HIMARS çoxsaylı buraxılış raket sistemləri verməyi planlaşdırır və bu, təxminən 80 kilometr məsafədəki hədəfləri vura biləcək.
Rusiya hökuməti xəbərdarlıq edir ki, Birləşmiş Ştatlar məqsədyönlü şəkildə və səylə odun üstünə yağ tökür. Çünki bu cür silah tədarükü Ukrayna rəhbərliyinin sülh danışıqlarını bərpa etmək istəyinin oyanmasına kömək etmir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, Qərbin aqressiv kursu Rusiyanın dost olmayan dövlətlərlə münasibətlərinə köklü şəkildə yenidən baxılmasını tələb edir, buna görə də xarici siyasət konsepsiyasının yeni variantının hazırlanması məsələsi müzakirə olunur.