Ukrayna ilk dəfə öz itkilərini açıqladı
Hər sutkada təxminən 100 əsgər həlak olub
İyun 12, 2022 11:23 Asia/Baku
Ukrayna müharibənin ilk günündən indiyə qədər 10 min civarında əsgər itirdiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib ki, müharibənin ilk günündən indiyə qədər 10 min civarında əsgər həlak olub.
Onun sözlərinə görə, konflikt ərzində bizdə hər sutkada təxminən 100 əsgər həlak olub. Ancaq Rusiya ordusunda müharibənin ilk 20-30 günündə gündəlik itki 1000 nəfər idi. Hazırda rus ordusu hər gün 200-300 civarında əsgər itirir.
Ukrayna Müdafiə Nazirliyinin hesablamalarına görə Rusiya ordusu müharibə müddətində 32 min hərbi qulluqçusunu itirib.
Arestoviç eyni zamanda Qərb müttəfiqlərini silahın verilməsində çox ləng davranmaqda da ittiham edib.