İyun 12, 2022 19:13 Asia/Baku
  • “Rusiya Ukraynada artıq strateji məğlubiyyətə uğrayıb”

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer ötən ay Davosda söylədiyi və böyük qalmaqal yaratmış fikrilərinə ilk dəfə aydınlıq gətirib.

SəhərAzəri-nin məlumatına əsasən, həmin fikirlərə görə Ukrayna hakimiyyəti onu rəsmi Kiyevi Rusiyaya ərazi güzəştlərinə getməyə çağırışda ittiham eləmişdi.

Kissincer yeni müsahibəsində deyib ki, həmin açıqlama ilə o, vəziyyəti fevralın 24-ə yəni Rusiyanın hərbi müdaxiləyə başladığı günə qaytarmağı nəzərdə tutub. Çünki Rusiyanın ərazi ələ keçirməsinin tanınması təcavüzü mükafatlandırmaq anlamına gələrdi. Amma Krım məsələsi danışıqların başqa mövzusu və predmetidir.

Kissincerin sözlərinə görə, Ukrayna prezidenti Zelenski də eyni mövqedən çıxış edir: “Ukrayna son aylarda itirdiyi əraziləri geri almalıdır, bundan sonra danışıqlar üçün məqam yetişəcək”.

Keçmiş dövlət katibinin qənaətincə, Rusiya Ukraynada artıq strateji məğlubiyyətə düçar olub, çünki adi silahlı qüvvələrin köməyi ilə daha zəif qonşusuna qalib gələ bilməyib. Bu o deməkdir ki, Avropanın çoxdankı Rusiya işğalı qorxusu şişirdilib və regionda qüvvələr nisbəti kəskin şəkildə dəyişib.

Qeyd edək ki, Kissencerin Davosda Ukraynanı torpaq güzəştinə çağırması siyasətçini tənqid obyektinə çevirmişdi. Çünki o NATO və Qərbin planlarına zidd davranaraq müstəqil mövqe ortaya qoymuşdu. 

Teqlər