İyun 14, 2022 10:56 Asia/Baku
  • Kreml Putinin

Rusiya prezidenti Vladimir Putin qarşıdan gələn Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında "son dərəcə vacib" çıxış edəcək.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə TASS agentliyinə müsahibəsində Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Rusiyanın inkişafı, sanksiyalar, inflyasiya və qlobal böhran Putinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda münasibət bildirəcəyi əsas məsələlərdir.

Peskovun sözlərinə görə, o, Putinin anti-Rusiya sanksiyaları və onların enerji və ərzaq qiymətlərinə təsiri məsələsinə toxunacağına əmindir.

Kreml sözçüsü həmçinin qeyd edib ki, 2022-ci il “mükəmməl sistemli fırtına” ilə yadda qalacaq.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 15-18 iyun 2022-ci il tarixlərində keçiriləcək. Vladimir Putinin plenar iclasda çıxışı iyunun 17-də baş tutacaq.

Teqlər