Əfqanıstanda zəlzələ; 950 ölü və 610 yaralı
https://azeri.sahartv.ir/news/dünya-i390393-Əfqanıstanda_zəlzələ_950_ölü_və_610_yaralı
Əfqanıstanın cənub-şərqində yerləşən Pəktika vilayətindəki yerli mənbələr bu vilayətdə Rixter şkalası ilə altı bal gücündə zəlzələnin baş verməsi, çox sayda insanın həyataını itirməsi və yaralanmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 22, 2022 10:30 Asia/Baku
  • Əfqanıstanda zəlzələ; 950 ölü və 610 yaralı

Əfqanıstanın cənub-şərqində yerləşən Pəktika vilayətindəki yerli mənbələr bu vilayətdə Rixter şkalası ilə altı bal gücündə zəlzələnin baş verməsi, çox sayda insanın həyataını itirməsi və yaralanmasından xəbər veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Bu mənbələr bildiriblər ki, Pəktika vilayətinin Giyan rayonunda güclü zəlzələ nəticəsində mindən çox insan ölüb və ya yaralanıbdır.

Hadisə bu gün səhər saatlarında Əfqanıstanın bir sıra digər vilayətlərini də titrədibdir.

Pəktika vilayətinin Giyan rayonundakı yerli mənbələr deyirlər ki, həmin hadisədə bir kənd tam şəkildə dağılıbdır.

Bir yerli qaynaq bununla bağlı bildiribdir ki, təkcə Pəktikanın Ərqun rayonunun xəstəxanasına 35 cəsəd və altmışdan çox yaralı köçürülüb.

Əlcəzirə telekanlı da Taliban rəsmilərinə istinadla xəbər veribdir ki, bu hadisədə 280-dən çox insan ölüb, beş yüz nəfər isə yaralanıbdır. Yaşayış massivlərinə böyük xəsarət dəyibdir.