Əfqanıstandan Özbəkistana 5 raket atılıb
Əfqanıstandan Özbəkistana 5 raket atılıb.
SəhərAzəri-nin məlumatına əsasən, Özbəkistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, bildirib ki, dünən axşam Əfqanıstandan atılan 5 raket bu ölkənin sərhəddə yerləşən Termez şəhərinin yaşayış bölgələrinə düşüb.
Bu raket hücumunun insan tələfatı olmayıb.
Bu raket hücumunun məsuliyyətini heç bir şəxs və ya qrup öz üzərinə götürməyib. Amma bundan əvvəl də Əfqanıstan ərazisindən Özbəkistan və Tacikistan ərazilərinə raket hücumu həyata keçirilib ki, onun məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
İŞİD-in Əfqanıstan ərazisindən Özbəkistan və Tacikistana raket hücumu onu göstərir ki, Taliban hökumətinin, terrorçuların Əfqanıstan ərazisindən başqa ölkələrə hücum etmək üçün istifadə etməsinin qarşısını almaqda zəifliyi ilə bağlı qonşu dövlətlərin narahatlığı tamamilə doğru idi.