İyul 17, 2022 10:06 Asia/Baku
  •  Baydenin narkotik asılılığı var imiş

“Fox News”un aparıcısı Taker Karlson ABŞ liderinə yaxın mənbəyə istinadən bildirib ki, vacib çıxışlardan əvvəl həkimlər ABŞ Prezidenti Co Baydenə onu daim yaşadığı narkotikin təsiri vəziyyətindən çıxaran həblər verirlər.

SəhərAzəri-nin məlumatına əsasən,“Onun işçiləri, arvadı doktor Cillin himayəsi altında, hər ictimai çıxışdan əvvəl ona həblər verirdilər. Bundan əvvəl Bayden kiçik uşaq kimi idi. Onunla ünsiyyət qurmaq mümkün deyildi, çünki o, narkotik qəbul edirdi və hələ də onlardan açıq-aydın istifadə edir”,- deyə “Fox News”un aparıcısı əlavə edib.

Baydenin həkiminin isə son hesabatına görə, ABŞ lideri nizamsız ürək döyüntüsü, yüksək xolesterin və mövsümi allergiya üçün dərman qəbul edir. Heç bir dərman koqnitiv funksiyaların gücləndiricisi hesab edilmir.

Qeyd edək ki, Baydenin başına mütəmadi olaraq qəribə şeylər gəlir ki, bu da onun psixi sağlamlığına şübhə yaradır.

Belə ki, ABŞ prezidenti çıxışlarının birində ölkəsinin adını tələffüz edə bilməyib. Həmçinin Bayden müxtəlif yerlərdə çıxışını bitirdikdən sonra boşluqla əl sıxışır. Elə son günlər işğal olunmuş Fələstinə səfərində də oxşar vəziyyət təkrarlandı.

Teqlər