İspaniyada istilər nəticəsində 500-dən çox insan həyatını itirib
İyul 21, 2022 12:37 Asia/Baku
İspaniyanın baş naziri dünən gecə deyib ki, son istilər nəticəsində bu ölkədə 500-dən çox insan həyatını itirib.
SəhərAzəri-nin məlumatına əsasən, Fövqəladə iqlim durumunun bir reallıq olduğunu bildirən İspaniyanın baş naziri Pedro Sançes deyib: Vətəndaşlardan son dərəcə ehtiyatlı olmalarını istəyirəm.
İspaniya son günlər Qərbi Avropanın böyük bir hissəsini öz təsiri altına alan isti dalğası ilə çarpışır.
İspaniyanın bəzi bölgələrində havanın temperaturu 45 dərəcəyə çatıb; bu da onlarla yanğına gətirib çıxarıbdır.
Kəskin 40 dərəcə isti, Avropanın cənubundakı insanların əksəriyyətinə tanış olan bir fenomendir. Qərbi Avropada isə bu iqlim fenomeni nadir hallarda müşahidə olunur.