Medvedev tezislərini ortaya qoydu
NATO Rusiyanın sərhədlərinə yaxınlaşaraq təhlükə yaradır
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, Rusiya NATO-nun bəşəriyyətin əhəmiyyətli hissəsinin ölümü ilə bağlı real təhlükə yaratmasına görə məsuliyyət daşımır.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında Rusiyanın günahkar olmadığına dair 11 tezis dərc edib.
Siyasətçi qeyd edib ki, Rusiya NATO-nun məntiqə və sağlam düşüncəyə zidd olaraq Rusiya sərhədlərinə yaxınlaşmaqda davam edərək, dünya münaqişəsi və bəşəriyyətin əhəmiyyətli hissəsinin ölümü ilə bağlı real təhlükə yaratmasına görə məsuliyyət daşımır.
Ötən ilin dekabrında Rusiya Xarici İşlər Nazirliyi Rusiya və ABŞ arasında təhlükəsizlik zəmanətləri haqqında müqavilənin, həmçinin Rusiyanın və NATO-ya üzv ölkələrin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında sazişin layihələrini dərc edib. Sənəd öz ərazisindən kənarda nüvə silahının yerləşdirilməsi üçün bütün mövcud infrastrukturun ləğvini, hərbi planlaşdırmada təmkinli olmağı və bir-birinin təhlükəsizliyinə təsir edən hərəkətlərə yol verməməyi tələb edirdi.
Medvedev qeyd edir ki, fevralın əvvəlində ABŞ və NATO bu müqaviləni imzalamaqdan imtina etdilər. Qərb tərəfdaşları Moskvanın keçmiş SSRİ ölkələrini alyansa qəbul etməmək tələbi ilə razılaşmadılar.