Avq 11, 2022 13:36 Asia/Baku

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, ABŞ-ın Ukraynaya hərbi yardım qərarı yalnız hərbi əməliyyatları uzadır və vəziyyətin həllinə kömək etmir.

SəhərAzəri-nin məlumatına əsasən, bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev deyib.

O deyib: "Avqustun 8-də ABŞ Ukraynaya 1 milyard dollarlıq yardım elan edib. Beləliklə, ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi həcmi Co Baydenin prezidentlik müddəti başlayandan 9,8 milyard dollara, 2014-cü ildən isə 11,8 milyard dollara yüksəlib. Bu cür siyasət yalnız hərbi əməliyyatları gecikdirir və vəziyyətin nizamlanmasına kömək etmir".

Diplomat həmçinin qeyd edib ki, ABŞ Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edir, özəl peyklərin məlumatlarından da istifadə olunur ki, bu da kosmosun hərbiləşdirilməsinə gətirib çıxarır.

“ABŞ təkcə silah tədarükü ilə məhdudlaşmır, həm də hərbi yardım çərçivəsində Ukraynaya kəşfiyyat məlumatları verir. Eyni zamanda, məlumatlar üşün təkcə hərbi deyil, həm də mülki və özəl peyklərdən istifadə olunur ki, bu da əslində kosmosun hərbiləşdirilməsinə gətirib çıxarır”, - deyə Neçaev əlavə edib.

Diplomat bildirib ki, Qərbin Kiyevə nəzarətsiz şəkildə silahlar verməsi artıq onların qaçaqmalçılığının geniş miqyas almasına, qara bazarda və internetin "kölgəli" seqmentində görünməsinə səbəb olub.

Teqlər