Avq 22, 2022 10:09 Asia/Baku
  • Darya Duqinin ölümündə Mossadın izləri var

Türkiyədə “Vətən” Partiyasının sədri Doğu Perinçək mediaya açıqlamasında bəyan edib ki, rusiyalı tanınmış filosof Aleksandr Duqinin qızının həyatına qarşı sui-qəsddə İsrailin xüsusi xidmət orqanının rolu olub.

SəhərAzəri-nin məlumatına əsasən, Periçek deyib: “Bu terrorda Mossad və digər xüsusi təyinatlıların müdaxiləsi ən ciddi versiyalardan biridir.”

Azərbaycanlı siyasətçi Nəzakət Məmmədova isə oxşar fikirlər irəli sürüb.

O, öz feysbuk paylaşımında bu barədə yazır: “İdeologiyalar savaşının kəskinləşdiyi, SSRİ-nin dünya xəritəsindən silinməsindən və Qərbin, İsrailin caynaqlarının hər yerə uzanmasından sonra dünyada, planetdə yaşamaq belə qorxulu oldu, heç bir təhlükəsiz peşə qalmadı, o cümlədən, politoloqluq. İmperializmin caynaqları ən məsum peşələri belə qamarladı, öz qanlı əməllərinə, terrora qurban verdi. Tanınmış gənc, istedadlı rusiyalı politoloq, olduqca ağıllı və savadlı Darya Duqinin terror aktına qurban getməsi onu göstərir ki, Qərb, sionist irticası onun əsl mahiyyətini ifşa edən, xalqlara azadlıq və rifah bəxş etmək üçün çalışan hər kəsi öz yolundan götürməkdə qərarlıdır.”

Nəzakət Məmmədova qeyd edir ki, Darya Azərbaycan, Qarabağ həqiqətlərinin Rusiyada ən böyük carçılarından biri idi. Qərb imperializmi və sionizm özünə aid olmayan bu coğrafiyadan birdəfəlik uzaqlaşsın, bu torpaqlarda qardaşcasına yaşamaq haqqı olan xalqlar dinc, əmin amanlıq şəraitində yaşasınlar.

Teqlər