Britaniyanın yeni baş naziri bəlli oldu
https://azeri.sahartv.ir/news/dünya-i392844-britaniyanın_yeni_baş_naziri_bəlli_oldu
Liz Trass Britaniyanın yeni Baş naziri olub.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Sen 05, 2022 13:01 Asia/Baku
  • Britaniyanın yeni baş naziri bəlli oldu

Liz Trass Britaniyanın yeni Baş naziri olub.

SəhərAzəri-nin verdiyi məlumata görə, Liz Trass 81 326 səslə Mühafizəkarlar Partiyasının lideri seçilib və nəticə etibarilə ölkənin Baş naziri olub.

O, bu postda Boris Consonu əvəz edəcək.

Qeyd edək ki, səsvermə fəallığı 82 faiz olub. Liz Trassın rəqibi Rişi Sunak 60 399 səs toplayıb.

Liz Trass Britaniya hökumətində xarici işlər naziri postunu tutub. O, ölkəsinin sayca üçüncü qadın Baş naziridir.