III Çarlzın qalmaqallı həyatı barədə nə bilirik?
Britaniyanın yeni kralı korrupsioner imiş!
İngiltərənin yeni kralının Əl-Qaidə ilə münasibətlərdən tutmuş mənəvi korrupsiyaya qədər qalmaqalları onun taxt-tac sahibi olmasından sonra gündəm olub.
SəhərAzəri-nin məlumatına əsasən, Çarlz adının çoxsaylı qalmaqallarla bağlı olduğu bir vəziyyətdə bu gündən rəsmişəkildə taxtın varisi olub. Məsələn, elə keçən ay “The Times” qəzeti İngiltərənin gələcək kralı Şahzadə Çarlzın “Əl-Qaidə” terror qruplaşmasının keçmiş lideri Usamə bin Ladenin qohumlarından içərisində bir milyon funt-sterlinq olan pulqabı aldığını yazmışdı.
Bu Britaniya qəzeti Şahzadə Çarlzın bu məbləği Əl-Qaidə liderinin ögey qardaşları və 11 sentyabr hücumlarının təşkilatçısı Bəkr bin Laden və onun qardaşından şəxsən aldığını yazıb.
Yeni kral 2013-cü il oktyabrın 30-da və Bin Laden Pakistanda öldürüldükdən iki il sonra şəxsi səfərində bu məbləği bu beynəlxalq terrorçunun qardaşlarından “xeyriyyə yardımı” kimi alıb..
Bundan əvvəl, iyul ayında Sunday Times qəzeti Çarlzın Kraliçanın adından Qətərin keçmiş baş naziri Şeyx Həməd bin Casim Ali-Sanidən üç pul paketi aldığını yazmışdı.
Bu xəbərə görə, hadisələrin birində Həməd bin Casim “Fortnum & Mason” mağazasının alış-veriş zərflərində İngiltərə kraliçasının böyük oğluna 1 milyon avro pul verib. Fortnum & Mason Londonda böyük və lüks mallar mağazasıdır.
Həmin hesabatda deyilirdi ki, İngiltərənin vəliəhd şahzadəsi o zaman daxil olan pulları Şahzadənin Şotlandiyadakı şəxsi layihələrini və mülklərini maliyyələşdirən fond olan “Uels Şahzadəsi Xeyriyyə Fondu”nun hesablarına yatırıb.
Çarlzın şəxsi həyatı və Uels şahzadəsi Şahzadə Diana ilə evliliyi də bir çox eniş-yoxuşlara malikdir. Diana və Çarlz 1981-ci ildə nişanlandıqlarını elan etdilər, lakin Çarlzın Diana ilə evliliyi əvvəlki münasibəti səbəbindən qısamüddətli oldu və 1992-ci ildə ayrıldılar. Bu müddət ərzində Çarlz Kamilla Parker ilə münasibətə başladı və daha sonra Kamilla ilə romantik münasibətdə olduğunu etiraf etdi.
Daha sonra Diana verdiyi müsahibədə əri Çarlzın eyni vaxtda Kamilla Parkerlə gizli münasibətdə olduğunu və ayrılmalarının səbəblərindən biri olduğunu açıqlamışdı. Diana nəhayət 1997-ci ilin avqustunda şübhəli avtomobil qəzasında həlak oldu.