Sen 17, 2022 14:02 Asia/Baku
  • Qırğızıstan-Tacikistan sərhədində 24 nəfər öldü

Tacikistanın Qırğızıstanın sərhəd ərazilərini atəşə tutması nəticəsində 24 əsgər və dinc sakin həlak olub.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Qırğızıstanın Təhlükəsizlik Şurasının mətbuat katibi Marat İmankulov deyib.

O bildirib ki, hərbçilər və dinc sakinlər arasında ölənlər və yaralılar var.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Tacikistan-Qırğızıstan sərhədində genişmiqyaslı döyüşlər başlayıb və baş verən qarşıdurma nəticəsində 87 nəfər xəsarət alıb.

Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatında deyilir: “Sentyabrın 17-i səhiyyə təşkilatlarına daxil olan zərərçəkənlərin sayı 103 nəfər təşkil edib ki, onlardan 5-i ambulator müalicəyə göndərilib”, - deyə məlumatda qeyd olunub.

Bu arada xəbər verilir ki, Qırğızıstan və Tacikistan sərhədində baş verən hadisələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyi diqqətlə izləyir.

KTMT sözçüsü Vladimir Zaynetdinov deyib ki, atəşkəsin əldə edilməsini və hər iki tərəfin sərhədçiləri arasında danışıqların başlaması zəruridir. Qarşılıqlı anlaşma ilə problem həll ediləcək və konfliktin şiddətlənməsinə imkan verilməyəcək. Konflikt yalnız sülh yolu ilə çözülməlidir, insanların ölümünə imkan vermək olmaz.

Xatırladaq ki, hər iki ölkə KTMT üzvüdür.

Teqlər