Sen 19, 2022 12:17 Asia/Baku
  • Vladimir Putin
    Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Tacikistan-Qırğızıstan sərhədində baş verən toqquşmalarda səksən bir nəfərin həlak olmasından sonra iki ölkə hökumətindən istəyibdir ki, hərbi gərginlikləri şiddətləndirməkdən çəkinsin.

SəhərAzəri, Bazar günü Kremlin internet saytının yaydığı məlumata əsasən, Putin Qırğızıstan prezidenti Sadır Japarov və Tacikistan prezidenti Emoməli Rəhmonla,/ iki ölkə arasındakı sərhəd münaqişəsi barədə telefon danışığı aparıb.

Məlumatda deyilir: Vladimir Putin tərəflərdən gərginliyin daha da şiddətlənməsinə yol verməməyi və vəziyyətin tez bir zamanda və sülh yolu ilə həlli üçün tədbirlər görməyi istəyib.

Qırğızıstan və Tacikistan qüvvələri çərşənbə günündən iki ölkə sərhədində toqquşurlar. Bu toqquşmalarda pilotsuz uçuş aparatları, tanklar və ağır artilleriyaya şamil olan silahlardan istifadə olunub.

İki tərəf cümə günü atəşkəs razılaşması əldə edildikdən sonra tələfata uğradığını iddia edibdir. Belə bir halda, Tacikistan öz tələfatının otuz beş, Qırğızıstanın isə qırx altı nəfər olduğunu bildiribdir.

 

Teqlər